Dünya

İranda sutka ərzində 103 nəfər koronavirusdan öldü

7 Yanvar 2021 18:12
Baxış: 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda ötən sutka ərzində 103 koronavirusdan (COVID-19) ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 55 993 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 360 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1268 263 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 745 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 050 553 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 7,99 milyondan çox diaqnoz testi həyata keçirilib.

Hazırda İranda 4 rayon qırmızı zona, 43 rayon narıncı zona və 401 rayon sarı zona hesab olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.