Dünya

Britaniyada apreldən bəri ilk dəfə sutkada koronavirusdan 1000-dən çox ölüm halı qeydə alınıb

6 Yanvar 2021 22:30
Baxış: 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusa yoluxmuş Böyük Britaniya sakinləri arasında sutka ərzində qeydə alınan ölüm sayı aprel ayından bəri ilk dəfə 1000 nəfəri keçdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, son 24 saat ərzində rekord 62,3 min yoluxma faktı da qeydə alınıb.

Ölkə hökuməti bildirib ki, sutka ərzində 1 041 nəfər koronavirusdan vəfat edib.

Son dəfə bu cür rəqəmlər epidemiyanın bahar dalğasının pik nöqtəsinə çatanda müşahidə olunurdu. 1224 ölüm halı ilə anti-rekord isə 21 aprel tarixində qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.