Dünya

Yeni virusa İranda da rast gəlindi

5 Yanvar 2021 18:56
Baxış: 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda koronavirusun Britaniya ştammı aşkarlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki deyib.

S.Nəməkinin sözlərinə görə, virusa yoluxan şəxs özünü izolyasiya edib və yaxınlarında onun simptomları aşkarlanmayıb.

Nəməki əlavə edib ki, ilk testdə həmin şəxsdə koronavirus aşkarlanmayıb, lakin növbəti testlərdə bu şəxsdə koronavirusun yeni ştammının olduğu müəyyənləşib:

"Koronavirusun Britaniya ştammına yoluxan şəxs və ailə üzvləri nəzarətə götürülüb. Yeni ştammın aşkarlandığını nəzərə alaraq ölkədə səhiyyə protokollarının artırılması zəruridir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.