Dünya

Gürcüstanda koronavirusun yeni ştammına ilk yoluxma halı qeydə alınıb

4 Yanvar 2021 20:40
Baxış: 1 190
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda koronavirusun Böyük Britaniyada aşkarlanan yeni ştammına ilk yoluxma halı qeydə alınıb.

Trend-in "Rustavi-2" telekanalına istinadən verdiyi məlumata görə, yoluxma halı Gürcüstana başqa ölkədən gələn şəxsdə aşkarlanıb.

Bildirilir ki, koronavirusun yeni ştammına yoluxan şəxs və onun bütün təmasda olduğu insanlar karantinə yerləşdiriliblər.

Qeyd edək ki, dekabrın 14-ü Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok bildirib ki, britaniyalı alimlər ölkədə koronavirusun yeni mutasiyasını aşkarlayıblar. Onun sözlərinə görə, ilkin araşdırmalar göstərib ki, sözügedən ştamm digər ştammlardan daha sürətli yayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.