Dünya

Britaniyada "AstraZeneca" vaksini ilə peyvəndləmə başladı

4 Yanvar 2021 13:15
Baxış: 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyada "AstraZeneca" şirkəti və Oksford Universitetinin birgə hazırladığı koronavirus vaksini ilə peyvəndləmə prosesi başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkədə kliniki sınaqlar çərçivəsindən kənarda ilk peyvəndlənən şəxs 82 yaşlı Brayan Pinker olub.

Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, hazırda ölkədə 530 min doza "AstraZeneca" vaksini mövcuddur.

Yanvarın ortalarınadək gündəlik vaksin istehsalının 2 milyon dozayadək çatdırılması planlaşdırılır.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.