Dünya

Fransada təcridolma rejiminin tətbiqi gözlənilir

30 Dekabr 2020 00:45
Baxış: 1 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə yaradılmış Müdafiə Şurası dünən yenidən toplaşıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, virtual keçirilən toplantının məqsədi ölkədə yaranmış vəziyyəti müzakirə edərək, yeni tədbirlər haqqında fikir mübadiləsi aparmaqdır.

Fransanın bir neçə departamentində pandemiya ilə bağlı vəziyyətin gərgin olduğu bildirilir.

"Əhalini qorumaq üçün lazım ola biləcək tədbirləri heç vaxt istisna etmirik", - deyən səhiyyə naziri Olivye Veran hökumətin yeni təcridolma rejiminə müraciət edəcəyinin istisna olunmadığını diqqətə çatdırıb.

Səhiyyə üzrə mütəxəssislər ölkədə yeni təcridolma rejimini tətbiq ediləcəyi ilə bağlı fikirlər səsləndirir və növbəti təcridolma rejiminin 15 gündən 3 həftəyə qədər davam etməsini təklif edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.