Dünya

Fransa Britaniyanın Avropa İttifaqından çıxmasından sonra bu sahəyə dəstək planı hazırladı

25 Dekabr 2020 09:19
Baxış: 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa Dəniz İşləri Nazirliyi Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə əlaqədar balıqçılıq sənayesinə dəstək planını təqdim edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə France-Presse agentliyi bildirib.

Dəniş İşləri naziri Annik Jirarden bildirib ki, balıqçılar və dəniz məhsulları topdan satıcıları Britaniya sularında balıq məhsulu tutmaqdan asılılıq dərəcəsinə uyğun olaraq 30 min avroya qədər maliyyə yardımı ala biləcəklər:

"Yaxın bir zamanda hökumət balıqçılara dəstək üçün tam bir plan təqdim edəcək".

Agentliyin bildirdiyinə görə, plan məhdud müddət ərzində Britaniya sularında balıq tutmaqdan asılı olan şirkətlərin ziyanlarının bir hissəsinin ödənilməsini təmin edəcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.