Dünya

ABŞ ordusunda qaradərililərə qarşı ayrıseçkiliklər olduğu idda edildi

22 Dekabr 2020 16:26
Baxış: 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ ordusunda irqi ayrıseçkiliyin olduğu iddiaları səsləndirilib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin inspektorluğu araşdırma aparıb.

Belə ki, ABŞ Hərbi Hava Qüvvələrində qaradərili personala və hərbi qulluqçulara qarşı irqi ayrıseçkiliklər olduğu bildirilib. Qaradərili hərbçilərin daha disiplin tədbirlərinə məruz qaldığı, töhmət və cəza qərarları ilə üzləşdiyi, həmçinin daha çox qovulma və ixtisarlarla ordudan uzaqlaşdırıldığı statistik göstəricilərin təhlili ilə məlum olub. Rəhbər vəzifələrdə qaradərililərin daha az təmsil olunduğu da öz əksini tapıb. İnspektorluq bununla bağlı günahkar şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsini istəyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.