Dünya

Türkiyə xəstəxanasında yanğın qurbanlarının sayı 11-ə çatdı

20 Dekabr 2020 14:55
Baxış: 1 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Qaziantep vilayətində yerləşən SANKO Universitet Xəstəxanasında baş verən yanğın nəticəsində ölənlərin sayı 11-ə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisədən sonra xəsarət alan daha üç nəfər müalicə aldığı xəstəxanada həyatını itirib.

Xatırladaq ki, hadisə xəstəxananın reanimasiya şöbəsinin COVID-19 xəstələrinin müalicə aldığı bölmədə baş verib. Yanğına yüksək axınlı oksigen cihazının partlaması səbəb olub.

Xəstəxanada müalicə alan digər xəstələr başqa tibb müəssisələrinə köçürülüblər.

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca hadisə baş verən xəstəxanada olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.