Dünya

Tokio benzin və dizel yanacağında olan yeni avtomobil satışından imtina edəcək

9 Dekabr 2020 08:19
Baxış: 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın paytaxtı Tokionun hakimiyyət orqanları 2030-cu ilə qədər yalnız benzin və ya dizellə işləyən yeni avtomobillərin satışından imtina etmək niyyətindədirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Nikkei qəzeti xəbər verib. Bildirilib ki, bu məqsədi paytaxt hökümətinin iclasında qubernator Yuriko Koyike ortaya qoyub.

Təklif olunan plana görə, 2030-cu ilədək Tokioda satılan bütün yeni avtomobillər hibrid və ya elektrik mühərriki ilə təchiz olunmalıdır. Hakimiyyət, həmçinin bu cür avtomobillərin alınmasına subsidiya vermək üçün bir proqram hazırlamaq istəyirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.