Dünya

Parsidə etiraz aksiyası zamanı polislər gözyaşardıcı qazdan istifadə edib

5 Dekabr 2020 20:53
Baxış: 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın paytaxtı Parisdə "Qlobal təhlükəsizlik haqqında" qanunun qəbul edilməsinə qarşı etiraz aksiyası zamanı iğtişaşlar baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, etirazçılar müəyyən edilmiş yol ilə hərəkət edən zaman bir qrup radikal Parisdə mağazaların şüşələrini sındırmağa çalışıblar.

Məlumata əsasən, etirazçıları müşayiət edən polis əməkdaşları radikalların qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. Onlar isə küçələrdə məişət tullantıları üçün konteynerləri, avtomobilləri yandırmağa başlayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.