Dünya

Aİ və Britaniya Brexit mövzusunda razılığa gələ bilmədilər

5 Dekabr 2020 08:13
Baxış: 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqı və Böyük Britaniyanın nümayəndələri Birləşmiş Krallığın "Brexit"dən çıxmasından sonra sərbəst ticarət razılaşması barədə razılıq əldə edə bilməyiblər, məsləhətləşmələr dayandırılıb, bundan sonrakı addımlara dair qərar britaniyalı Baş nazir və Avropa Komissiyasının rəhbəri tərəfindən veriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, Aİ-nin "Brexit" üzrə baş nümayəndəsi Mişel Barnye bu barədə "Twitter"ində məlumat yayıb.

"Bir həftə davam edən intensiv məsləhətləşmələrdən sonra Devid Frost (Britaniya təmsilçisi) və mən razılaşdıq ki, balıqçılıq, dövlət tənzimləmələri və ticarət qaydaları ilə bağlı ciddi fikir ayrılıqları səbəbindən müqavilənin şərtləri yerinə yetirilməyib. Ursula von der Leyen (Avropa Komissiyasının sədri) və Baş nazir Conson vəziyyəti şənbə günü günortadan sonra müzakirə edəcəklər", - Barnye bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.