Dünya

ABŞ hərbçiləri Somalini tərk edir

5 Dekabr 2020 07:55
Baxış: 524
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp 2021-ci ilin əvvəlinə qədər Somalidən demək olarki bütün amerikan hərbi heyətinin çıxarılması ilə bağlı göstəriş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə " Wall Street Journal" xəbər verib.

Hazırda sözügedən Afrika ölkəsində təxminən 700 ABŞ hərbçisi var. Hərbçilərin Somalidən digər dövlətlərə göndəriləcəyi bildirilir və bəyanatda "ABŞ Afrikanı tərk etmir" ifadəsi vurğulanır. Pentaqon Afrikada hərbi qüvvələrini saxlamağda davam etdirmək niyyətindədir və bu, onların fikricə, ABŞ-a "nəhəng dövlətlərin rəqabətində üstünlük" verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.