Dünya

ABŞ bir sıra Çin rəsmilərinə viza məhdudiyyətləri tətbiq edir

5 Dekabr 2020 07:05
Baxış: 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Çin Kommunist Partiyası (ÇKP) üzvləri daxil olmaqla bir sıra çinli rəsmilərə viza məhdudiyyətləri tətbiq edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ dövlət katibi Maykl Pompeonun açıqlamasında deyilir.

"Bu gün immiqrasiya və vətəndaşlıq qanunu çərçivəsində səlahiyyətlərimdən istifadə edərək, fiziki zorakılığa, gizli məlumatların oğurlanmasına və açıqlanmasına, casusluğa, təxribata, akademik azadlığa, şəxsi həyata və iş fəaliyyətinə müdaxiləyə əl atan ÇXR, CKP və Birləşmiş Cəbhənin [ÇKP Mərkəzi Komitəsi] fəaliyyətində fəal iştirak edən şəxslərə viza məhdudiyyətləri tətbiq edirəm" - ABŞ diplomatiyasının başçısı bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.