Dünya

Braziliya Senatı ölkənin atom bombasına sahib olma ehtimalını nəzərdən keçirəcək

4 Dekabr 2020 10:44
Baxış: 1 412
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliya Parlamentinin Yuxarı Palatasının İnsan Hüquqları Komissiyası "xarici müdaxilənin qarşısını almaq" üçün ölkənin nüvə silahına sahib olma ehtimalını nəzərdən keçirəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Federal senatın mətbuat xidməti bildirib.

Bildirilib ki, oktyabr ayının ortalarında qanunverici orqanın informasiya sistemində aşağıdakı məzmunda mülki qanunvericilik təşəbbüsü qeydə alındı: "Milli ərazimizə xarici müdaxilənin qarşısını almaq üçün Braziliya Silahlı Qüvvələrinin atom bombasına ehtiyacı var".

2 noyabr tarixinə qədər petisiya 20 min nəfər tərəfindən dəstəkləndi, bundan sonra reqlamentə uyğun olaraq petisiya sonrakı mərhələdə baxılması üçün cavabdeh millət vəkilinin təyin edəcəyi profil komissiyasına göndərildi. Həmin təşəbbüş qəbul ediləcəyi təqdirdə, müvafiq qanun layihəsi hazırlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.