Dünya

Türkiyənin daha bir naziri koronavirusa yoluxdu

3 Dekabr 2020 18:51
Baxış: 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu da koronavirusa yoluxub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin COVİD testi pozitiv çıxıb. Bu barədə Kasapoğlu social şəbəkədə yazıb:

"Həyat yoldaşımla testimiz pozitiv çıxdı. Ümumi vəziyyətimiz yaxşıdır. Həkimlərimizin tövsiyəsi ilə evdə müalicə olunuruq".

Xatırladaq ki, daha əvvəl daxili işlər naziri Süleyman Soylu, ailə, əmək və Sosial xidmətlər naziri Zehra Zümrüt Selcuk da koronavirusa yoluxmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.