Dünya

Qədim tarixi abidələrini təhqir etməkdə təqsirləndirilən fotomodel və fotoqraf həbs olundu

3 Dekabr 2020 12:51
Baxış: 1 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misirdə qəribə həbs baş verib. Digər ölkələrdə adi hal sayılacaq bir hərəkət bu ölkədə cinayət işinin açılması ilə nəticələnib. Belə ki, gənc qadın fotomodel firon libası geyinərək müvafiq atributlarla, heç bir əxlaqi normalardan kənara çıxmadan fironların qədim Şaqqara sarayının qarşısında şəkil çəkdirib və sosial şəbəkələrdə yayıb. Bundan sonra fotomodeli və fotoqrafı Misirdə fəaliyyət göstərən arxeoloji abidələr üzrə polis bölməsinin əməkdaşları saxlayıblar. Onların barəsində Misirin qədim tarixi abidələrini təhqir etmə maddəsi üzrə cinayət işi açılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Misirin Qədim Abidələr Şurasının sədri Mustafa Vəziri də belə həbsləri təqdir edərək deyib: "Misir fironunun libasında atributlarla şəkil çəkdirən fotomodel qədim tarixi təhqir edib. Bu cür atributlarla şəkil çəkdirmək yalnız xüsusi sənədli və ya bədii film çəkilişi zamanı mümkün ola bilər. Bunun üçün isə müvafiq dövlət qurumlarının icazəsi tələb olunur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.