Dünya

Türkiyədə COVID-19-a qarşı peyvəndlərin tətbiqinin tarixi məlum olub

3 Dekabr 2020 08:28
Baxış: 955
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlərin tətbiqinə dekabrın 11-də başlanılacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir qeyd edib ki, ilk növbədə tibb işçiləri və 65 yaşdan yuxarı ölkə vətəndaşları peyvənd olunacaqlar. Bu məqsədlə 11 dekabr tarixinədək Çin istehsalı olan peyvəndlərin ilk partiyasının Türkiyəyə gətirilməsi gözlənilir.

F.Qoca deyib ki, daha sonra yaşı 65-dən aşağı olan, ancaq xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərdə COVID-19 peyvəndlərinin tətbiq olunmasına başlanılacaq.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabr ayının sonlarında verdiyi açıqlamasında ölkə ərazisində peyvəndlərin pulsuz olacağını demişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.