Dünya

Brexitdən sonra Böyük Britaniyaya işləmək üçün gələnlərin viza sistemində dəyişiklik olunub

2 Dekabr 2020 19:59
Baxış: 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Brexitdən sonra Böyük Britaniyaya işləmək üçün gələnlərin viza sistemində dəyişiklik olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 1-dən etibarən Avropa İttifaqını (Aİ) tamamilə tərk etməli olan Böyük Britaniyaya işləməyə gələnlər üçün bal əsaslı viza sistemi tətbiq olunacaq. Yeni sistem üçün onlayn müraciətlər bu gündən etibarən açılıb.

İşə müraciət edəcək olanların İngilis dilini yaxşı bilməsi və ildə minimum 25 min 600 paund (ingilis pul vahidi) qazanması tələb olunur. Bundan sonra Aİ vətəndaşları da bu şəkildə viza üçün müraciət etməli olacaqlar. Dekabrın 31-dən etibarən Krallıq vətəndaşlarının Aİ ölkələrində sərbəst hərəkəti də sona çatacaq.

Qeyd edək ki, ölkədə qəbul edilən yeni qayda Avstraliyada tətbiq olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.