Dünya

G20 sammitinin tarixi və keçirilmə yeri məlum oldu

2 Dekabr 2020 09:14
Baxış: 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

G20 sammiti 2021-ci il 30-31 oktyabr tarixlərində Romada keçiriləcək.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Cuzeppe Konte "iyirmilikdə" sədrliyin 1 dekabr tarixində Romaya keçməsi ilə əlaqədar açıqlayıb.

"Liderlərin yekun zirvə toplantısı 30-31 oktyabr tarixlərində İtaliyanın paytaxtı olan əbədi şəhər Romada baş tutacaq" - Konte bu barədə "Twitter"ində məlumat verib.

Bildirilir ki, italyan sədrliyinin şüarı "İnsanlar, planet, firavanlıq" (italyan dilində hər üç söz bir hərflə başlayır) seçilib .

G20 sədrliyi İtaliyaya Səudiyyə Ərəbistanından ötürülüb. Daha əvvəl prosesin 2021-ci ildə Hindistanda, İtaliyada isə 2022-ci ildə keçirilməsi planlaşdırılırdı. Lakin 2018-ci ildə Konte 2022-ci il Hindistanın müstəqilliyinin 75-ci ildönümünü qeyd etdiyi üçün Yeni Delinin tələbi ilə sədrliyi dəyişdirməyə razı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.