Dünya

Bu ölkədə fövqəladə vəziyyət 11 yanvar tarixinə qədər uzadıldı

2 Dekabr 2020 08:40
Baxış: 926
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Latviyada pandemiya ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət 11 yanvar tarixinədək uzadıldı.

Trend TASS-a istinadən xəbər verir ki, müvafiq qərar respublika hökuməti və Böhran idarəetmə şurasının birgə iclasında qəbul edilib.

Baş nazir Krişyanis Karinşin jurnalistlərə verdiyi məlumata görə, Latviyada koronavirusun yayılması ilə bağlı vəziyyət son dərəcə ciddidir və bu səbəbdən hökumət insan təmaslarını azaltmaq və infeksiya zəncirlərini qırmaq üçün fövqəladə vəziyyəti uzatmağa və məhdudiyyətləri sərtləşdirməyə məcburdur.

"Qəbul edilən əsas qərar fövqəladə vəziyyətin 11 yanvar tarixinə qədər uzadılmasıdır. İnsanlar arasındakı təmasları mümkün qədər məhdudlaşdırırıq", - Karinş deyib.

Latviya hökuməti də mövcud məhdudiyyətlərin sərtləşdirilməsinə qərar verib.

Nazirlər Kabinetinin qərarına görə, bundan sonra evlər istisna olmaqla bütün bağlı məkanlarda tibbi maskalar taxılmalıdır. Bundan əlavə ticarətə əlavə məhdudiyyətlər tətbiq olunur. Həftə sonları yalnız qida, gigiyena və təsərüfat mağazaları, yanacaqdoldurma məntəqələri və apteklər işləyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.