Dünya

Bir milyarddan çox insan "5G" şəbəkələrinin əhatə zonasında yaşayacaq

2 Dekabr 2020 08:59
Baxış: 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ericsson Mobility Report" hesabatına görə, 2020-ci ilin sonunadək 1 milyarddan çox insan "5G" şəbəkələrinin əhatə zonasında yaşayacaq. Bu halda qoşulmaların sayı 220 milyona bərabər olacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mütəxəssislərin proqnozuna görə, 2026-cı ildə dünyada hər 10 qoşulmadan 4-ü beşinci nəslin şəbəkələrinin payına düşəcək. O vaxtadək isə dünya əhalisinin 60 faizi "5G" şəbəkələrinin əhatə zonasında yaşayacaq.

İndi dünyada 106 kommersiya "5G" şəbəkəsi fəaliyyət göstərir. Çində bütün qoşulmaların 11 faizi beşinci nəsil şəbəkələrinin payına düşür. "5G" şəbəkələrinin sayına görə ikinci yeri Şimali Amerika tutur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.