Dünya

"COVID-19 heç vaxt yox olmayacaq"

2 Dekabr 2020 08:07
Baxış: 1 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyasının yaxın aylarda bitəcəyinə ümid bəsləməyə dəyməz.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri TASS agentliyinə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya nümayəndəliyinin rəhbəri Melita Vuynoviç söyləyib. Onun sözlərinə görə, koronavirusun yayılmasının qarşısını almaq üçün hələ uzun yol keçilməlidir. Yalnız bir müddətdən sonra tətbiq olunacaq peyvənddən istifadə nəticəsində immunitet səviyyəsi yetəri səviyyəyə qalxdığı halda pandemiyanın bitdiyini elan etmək olar. M.Vuynoviç xəbərdarlıq edib ki, COVID-19 heç vaxt yox olmayacaq və digər viruslar kimi həmişəlik bizimlə qalacaq. "Biz onunla yaşamağı öyrənməli və virusun həyatımızı idarə etməsinə yol verməməliyik", - deyə o bildirib.

ÜST-nin nümayəndəsi rusiyalılara Yeni il bayramlarını evdə keçirməyi tövsiyə edib. M.Vuynoviçin fikrincə, əyləncəli tədbirlərdə isə yalnız sosial məsafəni gözləməklə iştirak etmək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.