Dünya

Hakimlər Paşinyanla görüşməkdən imtina etdi

1 Dekabr 2020 12:29
Baxış: 1 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin Ali Məhkəmə Şurasının üzvləri ilə görüşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "News.am" xəbər verib.

Mediaport teleqram kanalının məlumatına görə, bir sıra hakimlər bu görüşdə iştirak etməkdən imtina ediblər. Onların arasında Ermənistanın Ali Məhkəmə Şurasının sədri Ruben Vardazaryan və üç üzvü - Stepan Mikaelyan, Armen Aykyants və Mesrop Makyan var. 

"Onlar Baş prokuror, İstintaq Komitəsinin sədri, respublikanın Xüsusi İstintaq Xidmətinin rəhbərin də iştirak etdiyi Baş nazirlə bu cür görüşün Ali Məhkəmə Şurasının konstitusion statusuna zidd və qanunsuz olduğunu qeyd ediblər", - deyə teleqram kanal bildirib.

Mediaport qeyd edir ki, Nikol Paşinyanla görüşdə ayrı-ayrı cinayət işlərinin araşdırılmasının vəziyyəti müzakirə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.