Dünya

Tramp ABŞ-da COVID-19-a qarşı peyvəndləmənin başlayacağı vaxtı açıqladı

30 Noyabr 2020 18:11
Baxış: 1 096
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp bildirib ki, koronavirus infeksiyasına qarşı vaksinlərin gətirilməsinə artıq bu həftə başlanacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Bütün dünya bu xəstəlikdən əziyyət çəkir və biz yoluxmaların sayının artmasının qarşısını alınmasının öhdəsindən gəlirik", - deyən Ağ ev başçısı vaksinin artıq dekabrın ilk həftəsində ştatlar üzrə paylanacağını əlavə edib.

Tramp qeyd edib ki, ön xətdə çalışan işçilər, tibbi heyət və ahıl insanlar birinci növbədə peyvəndlənəcək. O, həmçinin təsdiqləyib ki, vaksinlərin ABŞ-a sürətlə çatdırılmasında Co Baydenin rolu onun xidməti kimi hesab edilməməlidir.

Tramp deyib: "Co Bayden H1N1 donuz qripinin öhdəsindən gələ bilmədi, heç gələ bilmədi. Ona imkan verməyin ki, vaksinləməni özünün xidməti hesab etsin, çünki mən bu məsələdə insanlara əvvəllər heç vaxt olmadığı kimi təkan vermişəm. Biz razılıq aldıq və heç kim heç vaxt buna bənzər halla rastlaşmayıb".

Trampın şərhləri Qida məhsullarının və dərmanların keyfiyyətinə sanitar nəzarəti üzrə idarəni tənzim edən orqanların dekabrın 10-da keçiriləcək görüşü ərəfəsində səsləndirilib. Həmin görüşdə "BioNTech"in köməyi ilə işlənib hazırlanmış vaksinin təcili istifadəsinə icazə verilməsi barədə "Pfizer" şirkətinin müraciətinə baxılacaq. "Pfizer" və "BioNTech" vaksinlərinin sınaqlarının bu ayın əvvəlində elan edilən son nəticələri vaksinlərin effektivliyinin 90 faiz təşkil etdiyini göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.