Dünya

Tramp kürəkənini Ərəbistana göndərir

30 Noyabr 2020 17:55
Baxış: 880
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Trampın baş məsləhətçisi Jared Kuşner kiçik bir komanda ilə Səudiyyə Ərəbistanının Neom şəhərinə səfər edəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, vəliəhd şahzadə Məhəmməd ibn Salmanla görüşəcək,  İsrail ilə normallaşma və Qətər ilə gərginliyin azaldılması müzakirə olunacaq.

Kuşner Neom ziyarətindən sonra Qətərə gedəcək, Əmir Şeyx Tamim ibn Hamed əl-Saninin qonağı olacaq. İki şəxs arasındakı görüşdə Körfəz ölkələri ilə Qətər arasındakı gərginlik, ABŞ-Qətər münasibətləri və bölgədəki digər məsələlər müzakirə ediləcək.

Onu bu səfərlərdə ABŞ-ın beynəlxalq danışıqlar üzrə xüsusi elçisi Avi Berkovitz və İranın xüsusi elçisi Brian Hook müşayiət edəcək.

Xatırladaq ki, Kuşner Trampın qızı İvana ilə evlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.