Dünya

Hindistan iqtisadiyyatı texniki tənəzzülə qədəm qoyub

30 Noyabr 2020 08:59
Baxış: 900
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Asiyanın üçüncü böyük iqtisadiyyata sahib ölkəsi olan Hindistanda ümumi daxili məhsul (ÜDM) üçüncü rübdə 7,5 faiz azalıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Hindistanın statistika ofisi bu barədə açıqlama yayıb. ÜDM-də iki ardıcıl rüb geriləmə qeydə alınan Hindistanda iqtisadiyyat texniki tənəzzülə qədəm qoyub. Əvvəlki rüb ÜDM 23,9 faiz geriləmişdi. Bu, Hindistan tarixində ən böyük, son 40 ildə isə ilk geriləmə olub.

Qeyd edək ki, COVID-19 pandemiyası səbəbindən martın 25-də elan olunmuş karantin rejimi Hindistan iqtisadiyyatına öz mənfi təsirini göstərib. Bir müddət sonra karantin rejimində yumşalmalar olsa da, artıq iqtisadiyyatda geriləmə yaranıb, xeyli iş yeri bağlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.