Dünya

Ermənistan prezidenti Paşinyan hökumətinin istefasını tələb edib

29 Noyabr 2020 18:07
Baxış: 2 447
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın istefasının vacibliyini bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə A.Sarkisyan Rusiyanın Ermənistan icmasının nümayəndələri ilə görüşdə deyib.

Onun sözlərinə görə, Ermənistan çətin böhran vəziyyəti ilə üzləşib:

"Belə böyük bir faciənin baş verdiyi hər bir ölkədə bir həll yolu var: buna səbəb olan hökumət getməlidir. Siyasətçi güclüdürsə, sonra geri qayıda bilər. Əvvəlki seçkilər 2,5 il əvvəl keçirilib, o zaman ölkə tamamilə fərqli idi, indi fərqli bir ölkədə yaşayırıq".

O qeyd edib ki, bu, bir ölkənin, bir dövlətin deyil, bir xalqın böhranıdır - psixoloji, maliyyə, iqtisadi, humanitar böhrandır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.