Dünya

Yetmiş yaşlı aktyor ata olmağa hazırlaşır

29 Noyabr 2020 16:13
Baxış: 971
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Xalq artisti, tanınmış teatr və kino aktyoru Boris Nevzorov üçüncü dəfə ata olacaq.

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, 70 yaşlı aktyorun növbəti övladı özündən 25 yaş kiçik olan Yelena adlı xanımdan olacaq.

Boris Nevzorov Yelena ilə bir neçə il əvvəl "Malıy" Teatrda tanış olub. 70 yaşlı aktyorun sevgilisi olan qadın, "Malıy" Teatrın mühasibatlığında çalışır.

Qeyd edək ki, Boris Nevzorov rəsmi olaraq 3 dəfə evli olub. Aktyorun əvvəlki nikahlarından oğlu və qızı var.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.