Dünya

Almanlar yunanlara kömək etdi: Türkiyəyə qovdular

29 Noyabr 2020 18:22
Baxış: 1 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AB Sərhədlərinin Mühafizəsi Agentliyinin ("Frontex") nəzdində fəaliyyət göstərən Almaniya polisi Egey dənizində miqrantları Türkiyəyə qovmaqda yunanlara kömək edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Der Spiegel" jurnalı məlumat yayıb.

Bildirilib ki, "Praso" adlı yunan müşahidə məntəqəsi tərəfindən rezin qayıqda miqrantların hərəkət etdiyi müəyyənləşib. Həmin miqrantlar Egey dənizində Yunanıstan sularında olub.

Ətrafdakı bütün gəmilərə xəbər verilib və 15 dəqiqədən sonra "Uckermark" adlı alman gəmisi qayığın olduğu bölgəyə gəlib. Alman gəmisi qayığı dayandırıb və 40 miqrantı xilas etmək əvəzinə təlimat aldıqları üçün hadisə yerinə Yunanıstan Sahil Təhlükəsizlik Xidmətinin gəlməsini gözləyib.

Bildirilir ki, yunanlar gəldikdən sonra miqrantları Türkiyəyə tərəf qovublar.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.