Dünya

Yerevanda əsgər anaları növbəti aksiya keçirirlər

28 Noyabr 2020 14:02
Baxış: 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qarabağda xidmət edən erməni əsgərlərinin valideynləri Yerevanda növbəti etiraz askiyasına toplaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, valideynlər Laçının yaxın günlərdə Azərbaycana qaytarılması ilə əlaqədar övladlarının tezliklə Ermənistana qaytarılmasını tələb edirlər.

Aksiya iştirakçıları tələblərinə cavab alanadək etirazları davam etdirəcəklərini bildiriblər.

Ötən gün etirazçılarla Baş nazir Nikol Paşinyan arasında keçirilmiş görüş zamanı o, valideynlərə noyabrın 30-dək gözləməyi tövsiyə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.