Dünya

Tramp Ağ Evdən bu halda gedəcəyini açıqladı

28 Noyabr 2020 12:13
Baxış: 946
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Şükran günü ilə bağlı hərbçilərlə keçirdiyi video-konfransda prezident seçkiləri haqqında danışıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Tramp rəqibi Co Baydenin qələbəsi rəsmi açıqlanarsa, Ağ Evdən gedəcəyini deyib.

Bununla belə o, Demokratlar Partiyasının seçkilərdə hiylə etdiyini, əslində, seçkini özünün qazandığını təkrarlayıb.

"Bildiyim bir şey var ki, o da Baydenin 80 milyon səs toplamadığıdır. Co Bayden heç Barak Obamanın rekordunu da yeniləməyib", - Tramp bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.