Dünya

Bolsonaro: “Peyvənd olunmayacağam”

28 Noyabr 2020 07:51
Baxış: 506
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliya Prezidenti Jair Bolsonaro koronavirusa qarşı peyvənd olunmayacağını deyib.

"Haber Global" məlumat verir ki, Braziliya başçısı ölkəsində məcburi peyvəndləmə ehtimalının çox az olduğunu bildirib.

"Peyvənd olunmayacağam. Bu mənim haqqımdır", - o qeyd edib.

Bolsonaronun sözlərinə görə, maska taxmağın virusa yoluxmanın qarşısını almasına dair sübut azdır.

Xatırladaq ki, Braziliya başçısı koronavirusun ikinci dalğasını qarşısının alınması üçün küçələrə çıxma qadağasının tətbiqi barədə fikirləri "dəlilik" adlandırıb. İyulun 7-də koronavirus testi pozitiv çıxan Bolsonaro iyulun 25-də sağalıb.

Qeyd edək ki, Braziliya koronavirusdan ölüm sayına görə (171 497 nəfər) dünyada ikinci yerdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.