Dünya

Belarusda “Sputnik V” peyvəndinin klinik sınaqları 95% effektiv olub

28 Noyabr 2020 07:31
Baxış: 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusa qarşı Rusiya istehsalı olan "Sputnik V" peyvəndinin Belarusda aparılan klinik sınaqları 95 % effektiv olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın Minskdəki səfiri Dmitri Mezentsev "Rossiya 24" kanalına müsahibəsində deyib.

Səfir bildirib ki, sınaqlar 100 Belarus vətəndaşı arasında aparılıb: "Rusiya istehsalı olan vaksininin yüksək effektivliyi özünü göstərib - təxminən 95%. Bu, çox əhəmiyyətli nəticədir".

Mezentsev qeyd edib ki, bundan sonra vaksinin Belarusa tədarükünü müzakirə etmək mümkün olacaq. Onun sözlərinə görə, "Sputnik V" peyvəndinin iki ölkənin birlikdə istehsal etməsi istiqamətində danışıqlar davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.