Dünya

Braziliya Prezidenti koronavirusa qarşı peyvənddən imtina etdi

27 Noyabr 2020 18:22
Baxış: 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyul ayında koronavirus xəstəliyi keçirmiş Braziliya Prezidenti Jair Bolsonaru COVID-19-a qarşı peyvənd olunmaq niyyətində deyil.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Jair Bolsonaru bu barədə sosial şəbəkələrdə yayımlanan videomüraciətində deyib.

Prezident əlavə edib ki, bu, onun hüququdur və braziliyalılardan da məcburi vaksinasiyanı tələb etməyəcək. Jair Bolsonaru, həmçinin qoruyucu maskanın effektivliyinə şübhə ilə yanaşdığını bildirib.

Qeyd edək ki, Braziliya ABŞ və Hindistandan sonra dünyada koronavirus pandemiyasından ən çox zərər çəkən ölkədir. Bu Latın Amerikası ölkəsində indiyə qədər 6,2 milyondan çox insan COVID-19 infeksiyasına yoluxub, 171 mindən çox xəstə isə həyatını itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.