Dünya

MiQ-29 DƏHŞƏTLİ QƏZA törətdi: pilotlardan biri tapılmır

27 Noyabr 2020 16:24
Baxış: 1 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda təyyarə qəzası olub.

Milli.Az xəbər verir ki, Hərbi Dəniz Qüvvələrinə məxsus "Vikramaditya" təyyarə gəmisindən havaya qalxan MiQ-29K qırıcısı Ərəbistan dənizinin səmasında qəzaya uğrayıb.

"Times of India"nın məlumatına görə, pilotlardan biri tapılıb, ikincisinin axtarışı davam edir.

Hindistan Hərbi Dəniz Qüvvələri hadisə ilə bağlı istintaqa başlayıb. Hadisənin səbəbləri hələ açıqlanmayıb.

Qeyd edək ki, Hindistan donanmasının arsenalında "Vikramaditya" təyyarə gəmisində (keçmiş Sovet gəmisi "Admiral Gorşkov") istismarda 36 Rusiya istehsalı MiQ-29K qırıcısı mövcuddur. Digər 65 MiQ-29 təyyarəsi isə Hindistan Hərbi Hava Qüvvələrindədir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.