Dünya

Hindistanda beynəlxalq uçuşlara qoyulan qadağa ilin sonunadək uzadılıb

27 Noyabr 2020 06:30
Baxış: 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda COVID-19 pandemiyası ilə əlaqədar beynəlxalq müntəzəm uçuşlara qoyulan qadağa ilin sonunadək uzadılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Hindistanın Mülki Aviasiya Nazirliyi açıqlama yayıb. Nazirlik dünyanın bir çox ölkəsində, eləcə də Hindistanın özündə virusa gündəlik yoluxma hallarının çoxalması səbəbindən beynəlxalq uçuşların bərpa olunmasını məqsədəuyğun hesab etməyib. Qadağa beynəlxalq karqo uçuşlarına və xüsusi reyslərə aid deyil.

Qeyd edək ki, Hindistan COVID-19 infeksiyasına ümumi yoluxma sayına görə ABŞ-dan sonra ikinci yerdədir. Ötən sutka qeydə alınan 44 min 489 yoluxma ilə ümumi yoluxanların sayı 9 milyon 266 mini ötüb. İndiyədək bu ölkədə 135 min 223 nəfər pandemiyanın qurbanı olub.

Hindistanda pandemiya səbəbindən mart ayından beynəlxalq müntəzəm uçuşlara qadağa qoyulub. O vaxtdan bəri yalnız çarter və xüsusi reyslər həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.