Dünya

Yaponiyada quş qripi yayılmaqda davam edir

26 Noyabr 2020 09:19
Baxış: 862
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya hökuməti ölkənin sayca üçüncü prefekturasında quş qripinin yayılmasını qeydə alıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, xəstəliyin növbəti ocağı Yaponiyanın qərbindəki Hyoqo prefekturasının Avadzi şəhərində aşkarlanıb. Sanitar tədbirlər çərçivəsində prefektura rəhbərliyi yerli quşçuluq təsərrüfatındakı 146 minə yaxın toyuğu məhv etmək niyyətindədir.

Daha əvvəl Kaqava və Fukuoka prefekturalarında quş qripinin yayılmasını qeydə alınmışdı. Bununla əlaqədar olaraq, regionda ümumilikdə 1,2 milyondan çox toyuq məhv edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.