Dünya

Bu ölkənin keçmiş baş naziri koronavirusa yoluxaraq vəfat edib

26 Noyabr 2020 09:24
Baxış: 571
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sudanın keçmiş baş naziri, müxalifət "Ümmət" partiyasının lideri Sadik əl-Mehdi koronavirusdan vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu il noyabrın əvvəlində Sadik əl-Mehdidə koronavirus aşkarlanıb.  

84 yaşlı partiya sədrinin çərşənbə günü səhhəti pisləşib. Al-Arabiya telekanalının məlumatına görə, keçmiş baş nazir BƏƏ-də dünyasını dəyişib.

Xatırladaq ki, Sadiq əl-Mehdi iki dəfə Sudanın Baş naziri (1966-1967 və 1986-1989) olub. O, Ömər əl-Bəşirin hakimiyyətdə olduğu illərdə Sudan müxalifətinin ən nüfuzlu liderlərindən biri idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.