Dünya

45 yaşlı qadını koronavirusdan müalicə etdilər - Diabetdən öldü

25 Noyabr 2020 23:30
Baxış: 1 226
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Nijni Novqorod əyalətində 45 yaşlı Natalya Samoylova kovid klinikasında vəfat edib.

1 həftə reanimasiyada qalan xəstənin meyiti yarıldıqdan sonra onun koronadan yox, diabetdən öldüyü təsdiq olunub.

Qadının doğmaları həkimləri səhv diaqnoz və yanlış müalicələrlə ölümə səbəb olmaqda günahlandırır.

Milli.Az xəbər verir ki, Natalya oktyabrda özünü pis hiss edib.Hər gün qızdırması qalxan qadın poliklnikaya gedib, 39 dərəcə qızdırmada saatlarla növbə gözləyib. Sahə həkimi ondan yaxma testi götürsə də, hələ də onun cavabının nə olduğu məlum deyil. testin cavabı verilməyib.

Daha sonra KT olunan qadının ağciyərlərinin 30%-nin zədələndiyi görülüb.
Həkimlər onu evə göndərib, koronavirus müalicəsi yazıblar.

Antibiotik və antivirus dərmanlarını 3 gün qəbul edən qadının vəziyyəti daha da pisləşir.

Nəhayət Nataliyanı xəstəxanaya yerləşdirirlər.

Onun ağciyərləri 70% zədələnmişdi.

"İlk günlər müalicə gedirdi, bizimlə telefonla danışırdı. Amma ayın 5-i biz zəng edəndə, dedi, daha zəng etməyin, mən iflic oldum, ayaqlarım tutmur. Bu onun sonuncu zəngi idi. Atamız xəstəxanaya getdi, açıqlama tələb etdi. Məlum oldu ki, onu anam əvvəlcə nevroloji şöbədə adi palatada qalıb. Komaya düşəndə onu reanimasiyaya qaldırıblar. Bizdən isə pampers, müxtəlif tibbi vasitələr gətirməyimizi istəyirdilər. Ayın 9-u bizə zəng gəldi ki, o öldü".

Onu pravoslav qaydaları ilə dəfn etməyə icazə vermədilər. Ağzı bağlı dəmir tabutda gətirdilər.

Dəfndən bir gün sonra ölüm və meyitin müayinəsi barədə sənədi aldıqda, orda yazılanlardan ailə şoka düşür. Sənəddə xəstənin şəkərli diabetdən öldüyü yazılmışdı.

"Biz isterikaya düşdük. Axı anam heç vaxt diabet olmamışdı, diabet kimi poliklinkada qeydiyyatda deyildi. Hər il müayinələrdən keçirirdilər, onda şəkər aşkarlanmamışdı. Heç səhhətindən narazı da deyildi. Normal, sağlam qadın idi. Bu necə ola bilər. Qızdırma, pnevmoniya ilə COVİD xəstəxanasına aparılır, amma diabet olur, şəkərdən ölür? Anamın müalicəsi də səhv olub, sənədi də səhvdir. Burda bizim bilmədiyimiz çox şeylər var və biz bunun araşdırılmasını istəyirik" - deyə ailə etiraz edir.

Ailə artıq Natalyanın kovid olmasına da şübhə edir. Yox əgər diabet idisə, niyə onu virusdan müalicə edirdilər? /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.