Dünya

Bonk vəfat etdi

25 Noyabr 2020 14:36
Baxış: 1 363
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müəllim və dilçi, tələbələr üçün ingilis dili dərsliyinin müəllifi Natalya Bonk 96 yaşında Moskvada vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Maksim Qorki adına Ədəbiyyat İnstitutunun saytında məlumat verilib.

Onun 21 noyabrda vəfat etdiyi bildirilib.

"Natalya Aleksandrovna 1993-cü ildən bəri institutumuzda çalışan yeganə, misilsiz və ecazkar müəllim idi. Dərsliklərinin tədris olunduğu ingilis dili kurslarının rəhbəri idi. Onu tanıyan hər kəs onun günəşli təbəssümünü, yumor hissini və səxavətini heç vaxt unutmayacaq: biliklərini, həyat təcrübələrini bölüşməyə, çətin anlarda kömək etməyə hər zaman hazır idi", - universitetin mətbuat xidməti qeyd edib.

Bonk 1924-cü il iyulun 2-də Moskvada anadan olub. 1945-ci ildə Xarici Dillər Pedaqoji İnstitutunu bitirib. Müxtəlif dövrlərdə SSRİ Xarici İşlər Nazirliyinin kurslarında, Rusiya Xarici Ticarət Akademiyasında ingilis dilindən dərs deyib.

Qeyd edək ki, noyabrın 12-də Bonkun insult şübhəsi ilə paytaxt xəstəxanalarından birinə yerləşdirildiyi açıqlanmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.