Dünya

Latviyanın Baş naziri ölkəsində COVID-19-la bağlı məhdudiyyətlərin gücləndirilməsinə çağırıb

25 Noyabr 2020 22:40
Baxış: 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər baxımdan ölkədə vəziyyət getdikcə daha da pisləşir. Xəstəxanalar həddindən artıq yüklənib, xəstələrin sayı artmaqdadır, bu da xəstəxanaların planlı əməliyyatları təxirə salmaqla işlərini yenidən qurmalarının lazım olduğunu göstərir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin Baş naziri Krişyanis Karinş ölkəsində COVID-19 pandemiyasının yayılma sürətinin azaldılması məqsədilə tətbiq edilmiş məhdudiyyətlərin gücləndirilməsinin dair koalisiyanın iclasından sonra belə söyləyib.

Baş nazir Krişyanis Karinş koronavirusa yoluxma sayında artımın iqtisadiyyatın xeyrinə olmadığını da əlavə edib. O hesab edir ki, heç bir tədbir görülməzsə, bu acınacaqlı vəziyyət xəstəxanalardan başlayaraq bütün ölkəni bürüyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.