Dünya

Çindən Papaya etiraz

24 Noyabr 2020 18:19
Baxış: 582
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin yeni kitabında müsəlman uyğurların əzabından bəhs edən Papa Fransiskə etiraz edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, xarici işlər nazirliyinin sözçüsü Cao Lician Papanı yalan danışmaqda ittiham edib, həqiqətləri yazmadığını bildirib.

XİN rəsmisi Çində insanların dini azadlıqlarının olduğunu qeyd edib.

"Bütün etnik qruplara mənsub insanların dini inanc azadlığı var və onlar bu haqqın dadını çıxarırlar",- deyə Cao qeyd edib.

Qeyd edək ki, Papa Fransisk 1 dekabrda təqdim edəcəyi "Let us dream" kitabında uyğur türklərini inancları səbəbilə əziyyət çəkən etnik qruplar arasında salıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.