Dünya

İlon Mask dünyada ən varlı ikinci şəxs oldu

24 Noyabr 2020 16:29
Baxış: 835
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"SpaceX" şirkətinin təsisçisi və "Tesla"nın baş direktoru İlon Mask planetin ən varlı adamları sıralamasında ikinci pilləyə yüksəlib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, agentlik Maskın sərvətini 127,9 milyard dollar qiymətləndirir. Bu il ərzində onun sərvəti 100,3 milyard dollar artıb, hansı ki, bu da "Bloomberg"in indiyədək qeyd etdiyi illik rekord artımdır.

Mask 127,7 milyard dollar kapitalı olan Bill Qeytsi geridə qoyub.

"Amazon"un qurucusu Jeff Bezos isə 182 milyard dollarlıq sərvəti ilə hələ də böyük üstünlüklə reytinqdə birincidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.