Dünya

Paşinyanın istefasını tələb edən siyasətçi aclıq aksiyasına başlayıb

23 Noyabr 2020 19:24
Baxış: 1 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda müxalif "Daşnaksutyun" partiyasının nümayəndəsi Geqam Manukyan müddətsiz aclıq aksiyasına başladığını elan edib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, o, baş nazir Nikol Paşinyan istefa verənədək aksiyanı davam etdirəcəyini deyib.

Siyasətçinin sözlərinə görə, Ermənistan Paşinyan hökumətinin yarıtmaz siyasətinə görə müharibədə ağır məğlubiyyətə uğrayıb.

Qeyd edək ki, Ermənistanda noyabrın 10-da kapitulyasiyanın imzalanmasından bəri etiraz aksiyaları davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.