Dünya

İtaliyada ötən ilin sentyabrında götürülən qan nümunəsində koronavirus anti-cisimləri aşkarlanıb

16 Noyabr 2020 20:55
Baxış: 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada Sars-Cov-2 koronavirusu 2019-cu ilin sentyabr ayında yayılmağa başlayıb: həmin ay analiz üçün götürülən qanda koronavirusa qarşı anti-cisimlər aşkarlanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Milan Onkologiya İnstitutunun və Siena Universitetinin məruzəsində deyilir.

"Biz 2019-cu ilin sentyabrından 2020-ci ilin mart ayına qədər olan dövr ərzində ağ ciyər şişi üzrə analiz verən 959 insanın qan nümunələrini tədqiq etdik və 111nəfərdə (11,6 faiz) koronavirusun mövcudluğu ilə bağlı spesifik anti-cisimlər aşkarladıq", - deyə sənəddə bildirilir.

Tədqiqatlar zamanı ən çox yoluxma hallarının Lombardiyada, sonra isə Pyemont, Latsio, Emiliya-Romanya, Toskana və Veneto əyalətlərində yayıldığı məlum olub. Belə çıxır ki, ölkədə COIVID-19 infeksiyasının simptomsuz halları hələ rəsmən qeydə alınan "ilk pasiyentdən" xeyli əvvəl mövcud imiş.

Əvvəllər belə hesab edilirdi ki, yeni koronavirus 2019-cu ilin dekabrında Uxanda meydana gəlib və ilk yoluxma halları şəhərin mərkəzində yerləşən bazarda baş verib. Lakin indiyə qədər də "Hunan" bazarının infeksiyanın mənbəyi olması barədə təsdiqlənmiş məlumat yoxdur.

Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.