Dünya

ABŞ TikTok-a 15 gün əlavə vaxt verdi

15 Noyabr 2020 10:58
Baxış: 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ rəhbərliyi TikTok tətbiqetməsinin sahibi olan Çinin texnologiya şirkəti ByteDance-a bu ölkədəki fəaliyyəti ilə bağlı qərar qəbul etməsi üçün 15 gün əlavə vaxt verib.

Milli.Az-ın Sputnik Azərbaycan-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin sözçüsü Monika Kroulinin yaydığı yazılı açıqlamada bildirilir. ABŞ Prezidenti Donald Trampın Çinin ByteDance texnologiya şirkətinə Amerikadakı əməliyyatlarını 90 gün içərisində ləğv etmək üçün 14 avqustda fərman imzaladığını xatırladan Kroulu qeyd edib ki, Xarici İnvestisiyalar Komitəsinin bu şirkətə verdiyi möhlət noyabrın 12-də başa çatmalı idi. Ancaq müddətin 15 gün daha uzadılmasına qərar verilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp avqust ayında səhmlərinin bir hissəsini Amerika şirkətlərinə satmasa, Çinin TikTok sosial media platformasının qadağan olunacağını açıqlamışdı. Buna səbəb kimi isə ABŞ-ın milli təhlükəsizliyinin təhdid altında olduğunu göstərmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.