Dünya

Meksikada koronavirusa yoluxanların sayı 1 milyonu keçdi

15 Noyabr 2020 10:52
Baxış: 709
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikada koronavirusa yoluxanların ümumi sayı ölkədə pandemiyanın başlamasından bəri 1 003 253 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə mətbuat konfransında ölkənin Səhiyyə Nazirliyinin Sağlamlığı Möhkəmləndirmə Departamentinin rəhbəri Rikardo Kortes Alikapa bildirib.

Departament rəhbəri bildirib ki, ümumilikdə 1 003 253 nəfərin verdiyi testlərin nəticələri müsbət çıxıb.

Son 24 saat ərzində Meksikada 5 860 koronavirusa yoluxma halı təsdiqlənib. Koronavirusun səbəb olduğu xəstəlikdən ölənlərin sayı 98 259 nəfərə çatıb, son 24 saat ərzində ölkə hakimiyyəti 635 ölüm halı qeydə alıb. İndiyə qədər 745 mindən çox insan sağalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.