Dünya

Suriyada fəhlələri aparan avtobus minaya düşüb

15 Noyabr 2020 11:46
Baxış: 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyanın iqtisadi paytaxtı hesab olunan Hələbin qərbindəki Minyan qəsəbəsində fəhlələri daşıyan avtobus minaya düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə hökumət telekanalı "Syria" polisdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, insident zamanı azı bir suriyalı ölüb. Daha bir neçə nəfər yaralanıb, hamısı təcili yardım maşınları ilə yaxınlıqdakı xəstəxanaya aparılıb. Zərərçəkənlər yerli mişar zavodunda çalışırmışlar.

Bildirilir ki, partlayıcı qurğu ərazidə vaxtilə mövcud olan terrorçular tərəfindən quraşdırılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.