Dünya

Moldovada prezident seçkilərinin ikinci turu başlayır

15 Noyabr 2020 09:44
Baxış: 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Moldovada prezident seçkilərinin ikinci turu keçirilir.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə yerli vaxtla saat 8-də seçki məntəqələri öz işinə başlayıb.

Respublika sakinləri növbəti dörd il üçün dövlət başçısını seçirlər.

Bildirilir ki, Moldovada 2 mindən çox seçki məntəqəsi var, 139 məntəqə isə ölkə  xaricində yaradılıb. Pandemiya səbəbi ilə seçicilərin hamısına xəbərdarlıq edilib ki, tibbi maskadan və əlcəkdən istifadə etsinlər. Onlara tövsiyə olunub ki, seçki bülleteninə qeyd etmək üçün özləri ilə qələm də gətirsinlər.

Qeyd edək ki, Moldovada noyabrın 1-də keçirilən prezident seçkilərində namizədlərdən heç biri elektoratın 50% dəstəyini qazanmadı.

Seçkilərin nəticələrinə əsasən müxalifət lideri, Hərəkət və Həmrəylik Partiyasının sədri, sabiq Baş nazir Maya Sandu 36,1% səs toplayıb. O, bu nəticələrlə hazırkı dövlət başçısı İqor Dodonu üstələyib. İqor Dodona isə seçicilərin 32,6%-i səs verib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.